QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 29

Maddə 29. Gəminin berbout-çarter reyestrində qeydiyyata alınması

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi ona Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququnun verilməsi haqqında qərarın qəbul edildiyi gündən bir ay müddətində berbout-çarter reyestrində qeydiyyata alınmalıdır.

29.2. Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver