QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 30

Maddə 30. Dövlət gəmi reyestrinə və gəmi kitabına daxil olan məlumatlar

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Gəmilər Dövlət gəmi reyestrində və gəmi kitabında gəminin mülkiyyətçisinin (mülkiyyətçilərinin) adına qeydiyyata alınır.

30.2. Dövlət gəmi reyestrinə və gəmi kitabına aşağıdakı əsas məlumatlar daxil edilir:

30.2.1. gəminin qeydiyyat sıra nömrəsi və qeydiyyata alınma tarixi;

30.2.2. gəminin adı (əvvəlki və hazırkı), əgər varsa əvvəlki qeydiyyata alınma limanı (yeri) və qeydiyyatın ləğv edilmə tarixi;

30.2.3. gəminin qeydiyyata alındığı limanın (yerin) adı və gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi;

30.2.4. gəminin çağırış siqnalı;

30.2.5. gəmiqayırma tərsanəsinin adı, yeri və gəminin inşa edildiyi il;

30.2.6. gəminin tipi və təyinatı, onun üzmə rayonu;

30.2.7. gəminin əsas texniki xarakteristikaları, o cümlədən tutumu (ümumi və xalis), tam yükgötürmə qabiliyyəti və əsas ölçüləri;

30.2.8. gəminin mülkiyyətçisinin (mülkiyyətçilərin) adı, vətəndaşlığı və ünvanı;

30.2.9. gəminin bir neçə mülkiyyətçisi olduqda hər mülkiyyətçinin ümumi paylı mülkiyyətdə payı;

30.2.10. gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.);

30.2.11. gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı;

30.2.12. gəminin dövlət qeydiyyatına alınmış ipotekası haqqında məlumatlar;

30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi.

30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağ Maddə 30. Dövlət gəmi reyestrinə və … ar;

30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi.

30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas məlumatlar daxil edilir:

30.3.1. gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adı və qərarın qəbul edildiyi tarix;

30.3.2. gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti;

30.3.3. gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı;

30.3.4. berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı;

30.3.5. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver