QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 3

Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir:

3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa;

3.1.2. daxili sularda üzən gəmilərə, habelə “çay-dəniz” tipli gəmilərinə — xarici dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda. 3.1-1. Bu Məcəllə yüksək (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom gəmilərin istismarına və fəaliyyətinə şamil edilir.

3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və Maddə 3. Bu Məcəllədə müəyyən … əzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklərinə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver