QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 313

Maddə 313. Daşıyıcıya və ekspeditora pretenziyanın verilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

313.1. Yükün kabotajda daşınması ilə əlaqədar daşıyıcıya iddia verilənədək ona mütləq əvvəlcədən pretenziya verilməlidir.

313.2. Pretenziyalar yükün daşınmasını həyata keçirən daşıyıcıya və əgər daşıma icra olunmamışdırsa, dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq bu daşımanı icra etməli olan daşıyıcıya verilir.

313.3. Yükün qarışıq daşınması hallarından irəli gələn pretenziyalar yükü axırıncı məntəqəyə çatdıran daşıyıcıya verilir.

313.4. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver