QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 314

Maddə 314. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

314.1. Pretenziya və iddia vermək hüququnun, yükgöndərən tərəfindən yükalana və ya əksinə, habelə yükalan və ya yükgöndərən tərəfindən ekspeditora yaxud sığortaçıya verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir.

314.2. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi yük-nəqliyyat sənədində, konosamentdə və ya digər daşınma sənədində müvafiq qeydin olması ilə təsdiqlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver