QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 317

Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma müddəti

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

317.1. Daşıyıcı və ya ekspeditor dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay müddətində baxır və bu müddət ərzində pretenziya verənə pretenziyanın etiraf və ya rədd edilməsi barədə yazılı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verir.

317.2. İddia müddətinin axımı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın daşıcıya verilən gündən etibarən pretenziyaya cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət qurtaranadək dayandırılır.

317.3. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud bir ay müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver