QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 318

Maddə 318. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üzrə iddia müddəti

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

318.1. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üçün iddia müddəti bir ildir.

318.2. Göstərilən müddət aşağıdakı qaydada hesablanır:

318.2.1. yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — yükün verilməli olduğu gündən otuz gün keçəndən sonra, qarışıq daşımada isə — yükün daşınmaya qəbul edildiyi gündən dörd ay keçəndən sonra;

318.2.2. yükün zədələnməsi, çatdırılmasının gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsinə və artıq ödənmiş daşınma haqqının qaytarılmasına yaxud əskik ödənilmiş daşınma haqqının tutulmasına dair tələblər üzrə — yükün verildiyi gündən, yük verilmədikdə isə — yükün verilməli olduğu gündən;.

318.2.3. gəminin verilməməsinə və ya gecikdirilmə ilə verilməsinə görə zərərin əvəzinin ödənilməsinə, gəminin boşdayanması üçün haqqa və yükün vaxtından əvvəl yüklənməsinə və ya boşaldılmasına görə mükafata dair tələblər üzrə — yükün daşınması başladığı və ya başlanmalı olduğu aydan sonrakı ay qurtardıqda; 318.2.3-1. ekspeditora qarşı yaranan tələblər üzrə - iddia qaldırmaq hüququ yarandığı andan;

318.2.4. bütün digər hallara dair tələblər üzrə — tələbin irəli sürülməsinə əsas olan hadisə baş verdiyi gündən.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver