tələblər üzrə iddia müddəti Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar, zərərçəkənin belə zərərin vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin, gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar çirkləndirməyə səbəb olmuş hadisənin baş verdiyi gündən altı il keçəndən sonra, dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar isə — belə zərərə səbəb olmuş hadisənin baş verdiyi gündən on il keçəndən sonra verilə bilməz.
Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver