319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz sığorta müqaviləsindən, habelə gəmilərin toqquşmasından və xilasetmə əməliyyatlarının həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:
319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə dair tələblər üzrə:
319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı gündən;
319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı olduğu gündən;
319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü gündən, o şərtlə ki, sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin;
319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın düşürüldüyü və ya düşürülməli olduğu gündən;
319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn yarandığı gündən;
319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — gəmilərin toqquşduğu gündən;
319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə əməliyyatları başa çatdığı gündən.
319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, gəmi agenti müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və ümumi qəzadan doğuran tələblərə iddia müddəti bir ildir. Bu müddət a Maddə 319. Digər tələblər üzrə … müqaviləsindən, gəmi agenti müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və ümumi qəzadan doğuran tələblərə iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:
319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, gəmi agenti müqaviləsindən, taym-çarterdən və berbout-çarterdən doğuran tələblər üzrə — iddia hüququ yarandığı gündən;
319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən.
319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia müddəti bir ildir. Bu müddət müvafiq məbləğin ödənilməsi günündən hesablanır.