QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 48

Maddə 48. Gəmi sahibinin vəzifələri

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:

48.1.1. təhlükəsiz əmək şəraitini;

48.1.2. sağlamlıqlarının mühafizəsini;

48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu;

48.1.4. fasiləsiz olaraq qida və su təchizatını;

48.1.5. müvafiq iş və istirahət yerlərini;

48.1.6. mədəni və məişət şəraitini.

48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur:

48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, o cümlədən repatriasiya xərclərini;

48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və sağlamlıqlarını;

48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.

48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.

48.4. Gəmi sahibi gəminin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməlidir.

48.5. Gəmi sahibi dənizdə gəmidə baş vermiş qəza barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

48.6. Avtonom gəminin sahibi bu Məcəllənin 48.1-ci, 48.2-ci, 48.4-cü və 48.5-ci maddələrində qeyd o Maddə 48. Gəmi sahibinin vəzifələri … müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

48.6. Avtonom gəminin sahibi bu Məcəllənin 48.1-ci, 48.2-ci, 48.4-cü və 48.5-ci maddələrində qeyd olunan vəzifələrlə yanaşı, həmin gəminin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun gəminin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

48.7. Avtonom gəminin sahibi və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver