QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 49

Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək, dəniz ətraf mühitini mühafizə etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin etmək üçün tədbirlərin görülməsi həvalə olunur.

49.2. Gəmi kapitanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı göstərişlərini icra etməlidir.

49.3. Gəmi kapitanı dənizdə gəmidə baş vermiş qəza barədə dərhal gəmi sahibinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver