QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 6-1

Maddə 6-1. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6-

1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6-

1.1.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi; 6-

1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.4. minimum heyət tərkibi haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.5. neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi; 6-

1.1.7. gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.8. gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.9. limanın “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.10. dənizçilik şirkəti Maddə 6-1. Dənizçilik … Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.10. dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 6-

1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin ( diplomların) və təsdiqnamələrin verilməsi; 6-

1.1.12. gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi; 6-

1.1.13. dənizçinin qeyd kitabçasının verilməsi; 6-

1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi; 6-

1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi; 6-

1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması; 6-

1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması; 6-

1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi; 6-

1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi; 6-

1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi; 6-

1.1.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi; 6-

1.1.22. Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi; 6-

1.1.23. Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi; 6-

1.1.24. Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiya Maddə 6-1. Dənizçilik … Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi. II fəsil Gəmi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver