6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin manatla ifadə olunma borcalmanın xüsusi hüququ vahidində manatın dəyərinə müvafiq olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir:
6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin — məhkəmə və ya arbitraj məhkəməsi qərarının çıxarıldığı və ya tərəflərin razılaşması əsasında təyin edilmiş tarixə;
6.1.2. bu Məcəllənin 253.1 və 262.1-ci maddələrində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranma tarixinə;
6.1.3. bu Məcəllənin 280-ci maddəsində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranması, ödəmənin həyata keçirilməsi və ya ödəməyə eyni qiymətli təminatın verilməsi tarixinə.
6.2. Borcalmanın xüsusi hüququ vahidində manatın dəyəri beynəlxalq maliyyə qurumlarının müvafiq tarixə öz əməliyyat və hesablaşmaları üçün dəyərin müəyyən edilməsi metoduna uyğun hesablanır.