Avtonom gəmilərə, məsafədən idarəetmə mərkəzinə və operatora dair tələblər “ Nəqliyyat haqqında ” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu Məcəllənin gəmilərə, gəmi heyətinə, gəmilərin və onlara olan hüquqların qeydiyyata alınmasına, dövlət bayraq və liman nəzarətinə, ərazi sularında üzməyə və daşımaların həyata keçirilməsinə dair tələbləri avtonom gəmilərə də şamil edilir. 60-
1.2. Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə bilər. 60-
1.3. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “ Nəqliyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar. 60-
1.4. Operatorun vəzifələri aşağıdakılardır: 60-
1.4.1. avtonom gəminin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək; 60-
1.4.2. hava şəraiti avtonom gəminin istismarına təhlükə yaratdığı, avtonom gəminin bu Məcəllənin 60-1.2-ci maddəsində müəyyən edilmiş ərazidən kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom gəminin avtomatlaşdırı Maddə … matlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək; 60-
1.4.3. avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların, habelə avtonom gəminin iştirakı ilə qəza baş verdiyi təqdirdə bu barədə məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini və gəmi sahibinə verilməsini təmin etmək; 60-
1.4.4. avtonom gəminin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək. 60-
1.5. Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “ Nəqliyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2 – 4-cü, 6-cı, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir. V fəsil Dövlət bayraq və liman nəzarət