QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 61

Maddə 61. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Dəniz limanı kapitanı

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

61.1. Dəniz limanında, habelə dəniz əməliyyatları bazasında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və dəniz limanı kapitanı həyata keçirir.

61.2. Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Dəniz limanı kapitanı haqqında Əsasnamə” ilə tənzimlənir.

61.4. Azərbaycan Respublikasının ərazisində dövlət bayraq və liman nəzarətini və dəniz üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

61.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz nəqliyyatı sahəsində göstərdiyi aşağıdakı xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir:

61.5.1. gəminin tikintisi, konstruksiyasında dəyişikliklər, dəniz limanının (o cümlədən yükaşırma terminalının, yanalma körpüsünün) və dəniz əməliyyatları bazasının inşası və yenidən qurulması ilə bağlı layihələrin, dəniz limanlarının (onun hidrotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

61.5.2. gəmilərin beynəlxalq k Maddə 61. … rotexniki qurğularının) və dəniz əməliyyatları bazasının fəaliyyətə başlamağa hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

61.5.2. gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun illik, həmçinin gəmi sahibinin təşəbbüsü ilə aralıq müayinəsinin həyata keçirilməsi;

61.5.3. dəniz limanının və ya dənizçilik şirkətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun, limanın, onun infrastruktur obyektlərinin mühafizə planlarının adekvatlığının, aidiyyəti digər planların və (və ya) təlimatların qiymətləndirilməsi;

61.5.4. gəmiyə dəniz mobil identifikasiya və ya peyk rabitə stansiyası nömrələrinin verilməsi;

61.5.5. gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün beş dəfə ödənişsiz təşkil edilən imtahanlardan sonra təkrar imtahanlarda iştiraka buraxılma.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver