QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 62

Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Dəniz limanı kapitanının funksiyaları

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin və dəniz limanında, habelə dəniz əməliyyatları bazasında nizam-intizamın təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) funksiyaları:

62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını dövlət qeydiyyatına almaq və müvafiq sənədlər vermək;

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədini və dənizçinin qeyd kitabçalarını vermək;

62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;

62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarəti həyata keçirmək;

62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.8. dənizdə gəmilərdə baş vermiş qəz Maddə 62. … batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.8. dənizdə gəmilərdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada araşdırmaq;

62.1.9. dəniz yollarını və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərini, habelə onların adlarını müəyyən etmək;

62.1.10. gəmilərin hərəkətinin və dayanmasının qadağan edildiyi rayonları müəyyən etmək, habelə liman akvatoriyasının müəyyən edilməsi üçün tədbirlər görmək;

62.1.11. limanlarda və dəniz nəqliyyatı obyektlərində gəmi tullantılarının qəbulu qurğularının adekvatlığını qiymətləndirmək;

62.1.12. gəmilərdə mühafizə tədbirlərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.

62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında, habelə dəniz əməliyyatları bazasında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

62.2.1. gəmilərin limana və ya dəniz əməliyyatları bazasına daxil olmasını və limandan və ya dəniz əməliyyatları bazasından çıxmasını rəsmiləşdirmək;

62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

62.2.3. gəmilərin limana və ya dəniz əməliyyatları bazasına daxil olması və onların limandan və ya dəniz əməliyyatları bazasından çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.2.4. Maddə 62. … tları bazasına daxil olması və onların limandan və ya dəniz əməliyyatları bazasından çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver