QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 69

Maddə 69. Gəmilərin məcburi keçirilməsi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən gəmilər kateqoriyasına aid olduğu və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi hallar istisna olmaqla, gəmilərin dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur.

69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin kateqoriyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir və dəniz limanı üzrə məcburi qaydalarda hamının nəzərinə çatdırılır.

69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver