QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 70

Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz bələdçisi götürə bilər.

70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin məcburi olaraq dəniz bələdçisi ilə keçirilməsini müəyyən edə bilər:

70.2.1. gəmi və ya onunla daşınan yük dəniz ətraf mühitinə zərər vurmaq təhlükəsini yaratdıqda. Belə gəmilərin kateqoriyaları dəniz limanının məcburi qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır;

70.2.2. gəmilərin gövdəsində, mexanizm və ya avadanlığında onların limanda təhlükəsiz üzmələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr olduqda. Belə halda gəmi kapitanına gəminin dəniz bələdçisi ilə hərəkət etməli olduğu barədə bildiriş təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver