QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 8

Maddə 8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, Azərbaycan Respublikasının dövlət və bələdiyyə mülkiyyətində olan gəmilərə verilir.

8.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda verilə bilər:

8.2.1. berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində göstərilən tələblərə cavab verdikdə;

8.2.2. gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

8.2.3. gəminin gəmi reyestrində qeydiyyata alındığı xarici dövlətin qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və ya həmin xarakterli yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

8.2.4. gəminin gəmi reyestrində qeydiyyata alındığı xarici dövlətin qanunvericiliyi gəmiyə xarici dövlətin bayrağı altında üzmək hüququnun verilməsini qadağan etmədikdə;

8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xa Maddə 8. Azərbaycan Respublikasının … da üzmək hüququnun verilməsini qadağan etmədikdə;

8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xarici dövlətin bayrağı altında üzmək hüququ dayandırılıbsa və ya dayandırılacaqsa.

8.3. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə verilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır.

8.4. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver