QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 9

Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun yaranması

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.

9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ona belə hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi andan istifadə edir.

9.3. Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan çox olmamaq şərti ilə qüvvədə qalır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver