Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
torpaq bazarı – torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, ipoteka qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər;
torpaq sahələrinin dövriyyəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası.