Torpaq bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq bazarı münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.