Torpaqların münbitliyinin mühafizəsi torpaqlardan səmərəli istifadə olunması, münbitliyinin qorunub saxlanması, kənd təsərrüfatı yerlərinin məqsədli istifadə dövriyyəsindən çıxarılmasına yol verilməməsi, torpaq sahələrinin zərərli təbii və antropogen təsirlərdən qorunması məqsədi ilə həyata keçirilir.
Torpaqların münbitliyinin mühafizəsi istifadənin optimal strukturunu özündə əks etdirən, elmi cəhətdən əsaslandırılmış torpaq istifadəçiliyi normativlərinin istehsalatda tətbiqi, habelə yerquruluşu əsasında ərazinin səmərəli təşkili vasitəsi ilə həyata keçirilir.
Torpaqların münbitliyinin mühafizəsinin əsas istiqamətləri və qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilir.