15.1. Tütündən istifadənin dayandırılması, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsi üçün tibb müəssisələrinə müraciət etmiş şəxslərə müvafiq tibbi yardım göstərilir.
15.2. Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütündən istifadənin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir.
15.3. Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə müraciət etmiş pasiyentə, müalicənin səbəbindən asılı olmayaraq tütündən istifadənin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verir.