Qanunvericilik › Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti

Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər.

15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:

15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

15.3.3-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;

15.3.4. tütün məmulatının qutusu üzərində tütün çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;

15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;

15.3.7. avtomatlar vasitəsilə satıldıqda;

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.

15.4. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.

15.6. Tütün məmulatının ticarəti yerlərində tütün çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver