8.1. Tütünçülük sahəsində elmi-tədqiqat və sort-sınaq işlərinin aparılması dövlət büdcəsi və cəlb olunan digər vəsaitlər hesabına maliyyələşdirilir.
8.2. Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq məqsədilə tütün istehsalçılarına və tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən güzəştli kreditlər üzrə güzəşt məbləği sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti hesabına ödənilir.
8.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.