Qanunvericilik › Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Tütün istehsalçılarına dövlət himayəsi

Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məhsulundan tütün məmulatının istehsalı dövlət tərəfindən stimullaşdırılır.

9.2. Tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran, onlara resurslarla yardım edən və məhsullarını istehsal olunduğu ilin sonuna qədər satın alan tütün emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir.

9.3. Tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.

* (9.3-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

9.4. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver