2.1. Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Bu Qanun aşağıdakı münasibətlərə tətbiq edilmir:
2.2.1. elmi və elmi-texniki informasiya məhsullarının dövriyyəsinə;
2.2.2. yayılması terrorizm, ekstremizm, sülh və insanlıq əleyhinə cinayətlərlə mübarizə sahəsində mövcud olan qanunlarla qadağan edilən və məhdudlaşdırılan informasiyaların dövriyyəsinə.