6.1. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir.
6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır.
6.3. Akkreditasiya attestatının nümunəsi və akkreditasiya nişanının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.5. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə akkreditasiya orqanı ilə uyğunluğu qiymətləndirən qurum arasında bağlanılmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə haqq alınır.