7.1. Bu qanunda nəzərdə tutulmuş akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumunun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilir.
7.2. Bu qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hallarda akkreditasiya orqanından inzibati şikayət akkreditasiya orqanının bu qanunun 4-cü maddəsinin tələbləri əsasında yaratdığı apelyasiya şurasına kağız üzərində yazılı və ya elektron formada verilir. Apelyasiya şurasının əsasnaməsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
7.3. Apelyasiya şurası şikayətə 15 iş günü müddətində baxır və akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə rəy verir.
Akkreditasiya orqanı apelyasiya şurasının rəyi əsasında qərar qəbul edir.
7.4. Bu qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati şikayətin verilməsi və həmin şikayətə baxılması qaydası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
7.5. Akkreditasiya sahəsində inzibati mübahisələrin məhkəmə qaydasında həlli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.