Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Şərabçılıq məhsullarının istehsalına ümumi tələblər

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Şərabçılıq məhsullarına üzümdən hazırlanmış şərablar, o cümlədən şampan şərabları və brendi (konyak) daxildir.

10.2. Şərabçılıq məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

10.3. Şərabçılıq məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız qida məhsullarından alınan etil spirtindən istifadə edilir.

10.4. Şərabçılıq məhsullarının sinkləşdirilmiş metal, kapron və karton qablara süzülməsinə və saxlanmasına yol verilmir. Şampan və qazlaşdırılmış şərabların istehsalı və saxlanması proseslərində hermetikləşmə şərtlərinə əməl olunmalıdır.

10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver