Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 18-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

15.2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsi ilə müəyyən olunan məlumatlarla yanaşı, şərabçılıq məhsulunun hər butulkasının etiketində aşağıdakılar göstərilməlidir:

15.2.1. məhsulun adı və əmtəə-reklam adı;

15.2.2. istehsalçının adı və əmtəə nişanı;

15.2.3. məhsulun kondisiyası, kateqoriyası və ya qrupu;

15.2.4. butulkanın həcmi;

15.2.5. məhsulun standartı və qablaşdırıldığı tarix;

15.2.6. sifarişçinin təklifi ilə digər məlumatlar.

15.3. Markalı və kolleksiya şərablarının etiketlərində bu məlumatlardan başqa, üzümün yığıldığı il də göstərilir.

15.4. Markalı şərabçılıq məhsullarının arxa etiketlərində onların dincə qoyulma müddəti göstərilməlidir.

15.5. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan Respublikasının dövlət dilində, məhsulun adı isə həm Azərbaycan Respublikasının dövlət dilində, həm də xarici dillərin birində yazılır.

15.6. İstehsal mənşəyinə görə adlar verilmiş şərabların bədii tərtib edilmiş arxa etiketlərində məhsulun hazırlanma texnologiyası, keyfiyyət göstəriciləri, üzüm sortunun yayılma arealı barədə də qısa məlumatlar göstərilə bilər.

15.7. İxrac edilən şərabçılıq məhsullarının etiketləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun tərtib oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver