Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Şərabçılıq məhsullarının idxalı və ixracı

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Şərabçılıq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

20.2. Şərabçılıq məhsullarının idxalına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarif kvotası tətbiq edilə bilər.

20.3. Azərbaycan Respublikasına idxal olunan şərabçılıq məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.

20.4. Fiziki şəxslər tərəfindən öz istehlakı üçün şərabçılıq məhsullarının idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

20.5. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, şərabçılıq məhsullarının ixracına məhdudiyyət qoyulmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver