Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Şərabçılıq məhsullarının satışı

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Şərabçılıq məhsullarının satışı Azərbaycan Respublikasının qanunvericiliyinə və ticarət qaydalarına uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

21.2. Markalı və kolleksiya şərablarının qablara süzülmədən açıq halda pərakəndə satışına yol verilmir.

21.4. Şərabçılıq məhsullarının satışı aşağıdakı hallarda qadağan olunur:

21.4.1. saxtalaşdırılması müəyyən olunduqda;

21.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda;

21.4.3. istehsal markasına uyğun gəlmədikdə;

21.4.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şərabçılıq məhsullarının istehsalı, emalı və dövriyyəsini həyata keçirən qida zənciri obyektləri (subyektləri) qeydiyyata alınmadıqda və ya təsdiq olunmadıqda və yaxud idxal olunan şərabçılıq məhsullarının idxal sağlamlıq aktı olmadıqda;

21.4.5. məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmədikdə və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;

21.4.6. alıcılar 18 yaşına çatmamış şəxslər olduqda;

21.4.7. məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda.

21.5. Küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver