Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Üzüm və şərabçılıq məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən üzüm və şərabçılıq məhsulları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlil edilir və qiymətləndirilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver