Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Şərabçılıq məhsullarının saxtalaşdırılmadan qorunması

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalatçıları qeydiyyata alınmayan və ya təsdiq olunmayan və yaxud idxal sağlamlıq aktına malik olmayan, patent hüququ başqasına məxsus olan, etiketində istehsal olunduğu yer göstərilməyən və ya yanlış göstərilən, istehsal mənşəyi və ya əmtəə nişanı yanlış olan şərabçılıq məhsulları saxta hesab olunur.

26.2. Saxtalaşdırılmış şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver