27.1. Şərabçılıq məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə nəzarətin məqsədi bu məhsulların istehsalını, emalını, dövriyyəsini, utilizasiyasını və minimum keyfiyyətini tənzimləyən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etməkdir.
27.2. Şərabçılıq məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
VII fəsil
Üzümçülük və şərabçılıq haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət və mübahİsələrİn həllİ