15 yaşından 18 yaşınadək olan valideyn himayəsindən məhrum olmuş uşaqlar müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı onlarla peşə yönümü barədə iş aparır və səhhəti nəzərə alınmaqla onların peşə yararlığının diaqnostikasını təmin edirlər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün əlavə iş yerləri yaratmış işəgötürənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərdən istifadə edirlər.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş, habelə onların arasından olan şəxslərin peşə hazırlığını və peşə fəaliyyətini təmin edirlər. Onlar üçün sosial xidmət müəssisələrində xüsusiləşdirilmiş iş yerləri yaradıla bilər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin peşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir.
İşəgötürənlər (onların hüquqi varisləri) işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan işə düzəlməsi üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.
Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin məşğulluğunun təmin edilməsi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.