13-11.1. Bu Qanunun 13-8.1.1-ci, 13-8.1.2-ci, 13-8.1.6–13-8.1.9-cu və 13-8.1.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı, bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdən sonra isə məhkəmə tərəfindən iki iş günü müddətində bu barədə rəsmi dövri mətbu nəşrdə elan dərc olunur. Elanda aşağıdakılar göstərilir:
13-11.1.1. lisenziyası ləğv edilmiş (barəsində məhkəmə baxışı təyin edilmiş) valyuta mübadiləsi fəaliyyətini həyata keçirən rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı, hüquqi ünvanı və fəaliyyət ünvanı;
13-11.1.3. lisenziyanın ləğvi (barəsində məhkəmə baxışı təyin edilməsi) barədə qərarın tarixi və nömrəsi;
13-11.1.4. məhkəməyə müraciət etmə qaydası və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;
13-11.1.5. bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdə, həmçinin məhkəmə baxışının təyin edilmiş tarixi.
13-11.2. Bu Qanunla müəyyən olunmuş qaydada lisenziyası ləğv edilmiş və ya lisenziyasının ləğv edilməsi ilə bağlı məhkəmə baxışı təyin edilmiş şəxslərə qarşı tələb irəli sürmək istəyən şəxslər bu Qanunun 13-11.1-ci maddəsində nəzərdə tutulan elan dərc olunduqdan sonra iki ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
13-11.3. Bu Qanunun 13-11.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən iki iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Banka məlumat verilir.
13-11.4. Məhkəmələr tərəfindən bu Qanunun 13-11.2-ci maddəsinə əsasən təqdim olunan iddia ərizələrinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən baxılır.
13-11.5. Bu Qanunun 13-11.2-ci maddəsində müəyyən olunmuş müddətdə məhkəməyə iddia ərizəsinin daxil olması barədə Azərbaycan Respublikasının Mərkəzi Banka məlumat daxil olmadıqda, habelə bu Qanunun 13-2.7-ci, 13-8.1.10-cu və 13-8.1.12-ci maddələrində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iki iş günü müddətində müvəkkil bankdan girov məbləğinin qaytarılmasına dair rəy verilir.
13-11.6. Bu Qanunun 13-11.2-ci maddəsinə əsasən məhkəməyə müraciət olunduqda müvəkkil bank tərəfindən girov məbləğinin qaytarılması məhkəmə qərarına əsasən həll olunur.