13-12.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin adları, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanları, onlara verilmiş, dayandırılmış və ləğv edilmiş lisenziyaların, əlavə obyektlər üzrə lisenziya əlavələrinin qeydiyyat nömrələri və tarixi haqqında məlumatlar daxil edilir.
13-12.2. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxslər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankına 5 iş günü müddətində yazılı bildiriş göndərirlər.