1. Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət qoyulmadan aparılır.
2. Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın əldə edilməsi və ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
3. Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli valyutada ifadə edilmiş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi, eləcə də Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata keçirilir.