Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Vəkillərin İxtisas Komissiyası

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün Vəkillərin İxtisas Komissiyası yaradılır.

II. Vəkillərin İxtisas Komissiyası yeddi vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on üç üzvdən ibarət olmaqla fəaliyyət göstərir. Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti beş ildir.

III. Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. Vəkillərin İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

IV. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir.

V. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir.

VI. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Vəkillərin İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

VII. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə normativ hüquqi aktların və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər.

VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.

IX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir.

X. Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver