Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri:
Vəkillər Kollegiyasını təmsil edir və onun adından çıxış edir;
Vəkillər Kollegiyası Rəyasət Heyətinin işini təşkil edir və aparatının işinə rəhbərlik edir;
bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada kollegiyaya qəbul, vəkillərin kollegiyadan xaric edilməsinə dair məsələləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarında baxılması üçün hazırlayır və təqdim edir;
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarına sədrlik edir;
Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının işçilərini işə qəbul və işdən azad edir;
Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasına nəzarət edir;
statistika hesabatının təhlilini təşkil edir;
vətəndaşları qəbul edir, onların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin işini təşkil edir;
Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;
təsdiq olunmuş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam verir.