185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyat (vergitutma bazası) istehsal olunan malların miqdarı hesab olunur.
185.2. İdxal olunan bu Məcəllənin 190.1.1−190.1.6-cı və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üçün vergi tutulan əməliyyatın məbləği (vergitutma bazası) – onların miqdarıdır. Bu Məcəllənin 190.1.7-190.1.10-cu maddələrində nəzərdə tutulan idxal olunan aksizli mallar üçün vergi tutulan əməliyyat (vergitutma bazası) – onların mühərrikinin həcmidir. İdxal olunan platinə görə vergi tutulan əməliyyat (vergitutma bazası) platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə – qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə – almazın karatıdır. İdxal olunan xəz-dəri məmulatları üçün vergi tutulan əməliyyatın (vergitutma bazasının) məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).
185.3. Çıxarılmışdır.