QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 186

Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan, bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli mallar üçün - malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.2. bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli malların idxalı üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə Azərbaycan Respublikasına idxal olunan bu Məcəllənin 190.1.1 –190.1.3-cü maddələrində göstərilən aksizli mallar üçün məcburi nişanın alındığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver