QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 46

Maddə 46. Tərcüməçinin iştirakı

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

46.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri hallarda tərcüməçi dəvət oluna bilər. Tərcüməçinin dəvət olunması vergi orqanının rəhbərinin (onun müavininin) qərarı əsasında həyata keçirilir.

46.2. Tərcüməçi tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır. Bu müddəalar, həmçinin eşitməyən və danışmayan fiziki şəxsin işarələrini başa düşən şəxsə də aiddir.

46.3. Tərcüməçi müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə müvafiq olaraq digər məsələlər müəyyən edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver