QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 47

Maddə 47. Müşahidəçilərin iştirakı

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

47.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir.

47.2. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir.

47.3. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər.

47.4. Müşahidəçi kimi vergi orqanlarının vəzifəli şəxslərinin iştirak etməsinə yol verilmir. Müşahidəçilər onların iştirakı ilə keçirilən hərəkətlərin faktını, məzmununu və nəticələrini protokolda təsdiq etməyə borcludur. Müşahidəçilərin həyata keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil etmək hüququ vardır. Zərurət olduqda, müşahidəçilər həmin hərəkətlərə dair öz izahatlarını da verə bilər. Eyni şəxs vergi orqanları tərəfindən eyni vergi ödəyicisi üzrə vergi ili ərzində bir dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver