Qanunvericilik › Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi tədbirlərinin maliyyələşdirilməsi

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi respublika dövlət büdcəsi və yerli büdcələrin vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri hesabına maliyyələşdirilir.

Başqa dövlətlərin ərazisində olan Azərbaycan əsgərlərinin məzarlarının və digər dövlətlərin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazisində olan məzarlarının qorunması, bərpası və abadlaşdırılmasının maliyyələşdirilməsi dövlətlərarası sazişlər əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver