Qanunvericilik › Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Axtarış işlərinin aparılması qaydası

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Axtarış işlərinin aparılması qaydası bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

Həlak olanların tapılmış cənazələri bu Qanunun 5-ci maddəsində müəyyən olunmuş qaydada dəfn edilir.

Həlak olanların tapılmış silahları, sənədləri və digər əmlakı öyrənilmək, ekspertiza edilmək və qeydiyyata alınmaq üçün həmin ərazidə yerləşən hərbi orqanlara təhvil verilir.

Həlak olanların sənədləri, şəxsi əşyaları və mükafatları qohumlarına və ya muzeylərə, silahları müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilir. Silahlar tətbiq edilə bilməyəcək vəziyyətə gətirildikdən sonra muzeylərə təhvil verilə bilər. Partlayış təhlükəsi yaradan əşyalar aşkar edildikdə dərhal hərbi idarə orqanlarına məlumat verilir. Onları zərərsizləşdirmək və ya məhv etmək üçün həmin orqanlar müvafiq tədbirlər görürlər.

Partlayış təhlükəsi yaradan əşyaları icazəsiz götürmək və başqa yerə aparmaq qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver