Qanunvericilik › Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Xatirəsi əbədiləşdirilənlər

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanuna uyğun olaraq aşağıdakıların xatirəsi əbədiləşdirilə bilər:

vətən uğrunda döyüşlərdə, yaxud döyüş ehtiyaclarının təmin edilməsi ilə əlaqədar döyüş bölgəsində və ya ondan kənarda xidməti və ya vətəndaşlıq borcunu yerinə yetirərkən həlak olmuş şəxslərin;

başqa dövlətlərin ərazisində əsgəri borcunu yerinə yetirərkən həlak olanların;

vəfat etdiyi vaxtdan asılı olmayaraq vətən uğrunda döyüşlərdə, habelə əsirlikdə aldıqları xəsarət (yaralanma, travma, kontuziya) və xəstəliklər nəticəsində ölənlərin;

döyüşdə yaranmış şərait üzündən özündən asılı olmayaraq əsir düşən, vətənə xəyanət etməyib əsirlikdə həlak olan şəxslərin;

Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin.

Vətənin müdafiəsi zamanı fərqlənmiş mülki idarə və müəssisələrin, xalqın tarixinə qəhrəmanlıq rəmzi kimi daxil olmuş döyüş əməliyyatı yerlərinin adları da əbədiləşdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver